Şirvanda üçotaqlı ev yanıb

Şirvanda üçotaqlı ev yanıb
  14 Sentyabr 2019    Oxunub:2016
Şirvan şəhərində ümumi sahəsi 60 kvadratmetr olan birmərtəbəli evdə yanğın baş verib.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində üçotaqlı evin dam örtüyü və ev əşyaları 40 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: FHN   Yanğın   Mənzil  





Xəbər lenti