Üç nəfərdən ov tüfəngi götürülüb

Üç nəfərdən ov tüfəngi götürülüb
  14 Sentyabr 2019    Oxunub:2238
Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Şamaxı RPŞ-nin əməkdaşları tərəfindən Çarhan kənd sakini C.Yüzbaşıyevdən müvafiq sənədləri olmayan “İJ-18” markalı ov tüfəngi götürülüb.

Bundan başqa polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində Cəlilabad rayonunun Komanlı kənd sakinləri R.Şıxəliyev və Ş.Əbilov 2 ədəd müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngini könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil veriblər.


Azvision.az



Teqlər: Tüfəng  





Xəbər lenti