Oğurluq edən şəxslər saxlanılıb

Oğurluq edən şəxslər saxlanılıb
  13 Sentyabr 2019    Oxunub:2696
Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 7-nə keçən gecə Hökməli qəsəbəsi ərazisindəki mağazaların birindən 200 manat oğurlamaqda şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.Məmmədov saxlanılıb.
DİN-nin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulan M.Bayramovun ətrafında Sabunçu RPİ 12-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun avqustun 18-də rayon ərazisindəki evlərin birindən 950 manat oğurlaması da müəyyən edilib.

Bundan başqa, Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il martın 12-də bir qadının çantasından 82 manat və sənəd oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş O.Məlikov saxlanılıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti