Bakıda 1 tona yaxın yararsız quş əti aşkarlanıb

 Bakıda 1 tona yaxın yararsız quş əti aşkarlanıb
  13 Sentyabr 2019    Oxunub:2429
Sentyabrın 11-də Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Suraxanı rayonu ərazisində növbəti əməliyyat tədbiri keçirilib.
DİN-in mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini A. Mürsəlova məxsus quş kəsimi sahəsinə baxış zamanı sanitariya tələblərinə cavab verməyən, natəmiz vəziyyətdə saxlanılan və qida üçün yararsız, çəkisi 996 kiloqram toyuq əti aşkar edilib.

Götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib. Faktla bağlı araşdırmalar aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti