“Avro valyuta bazarında möhkəmlənməyəcək” - Ekspert

“Avro valyuta bazarında möhkəmlənməyəcək” -  Ekspert
  13 Sentyabr 2019    Oxunub:2397
Avropa Mərkəzi Bankının depozit faizlərinin 0.40 faizdən -0.50 faizədək endirilməsi barədə qəbul etdiyi qərar valyuta bazarına hələlik təsirsiz ötüşsə də, bu addım funt sterlinqin zəifləməsi və Ağ Evin dolları ucuzlaşdırmaq istəyi fonunda avronun yaxın zamanlarda möhkəmlənmək imkanlarını xeyili azaltdı.
Azvision.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

O qeyd edib ki, Mərkəzi Bank bu ilin noyabrından etibarən aylıq 20 milyard avroluq bond satışı həyata keçirmək niyyətindədir: "Bond proqramının nə vaxtadək davam edəcəyi barədə hər hansı bilgi verilməyib. “Əsas yenidən-maliyyələşdirmə əməliyyatları” və “marjinal maliyyələşdirmə” fasilitilər üzrə faizlər dəyişməz olaraq 0 və 0.25 faiz səviyyəsində saxlanılıb. Avropa Mərkəzi Bankı gözlənilənə nisbətən yumşaq qərar qəbul etsə də, belə hələlik Frankfurtda avronun möhkəmlənməsinə isti yanaşılmır. Avrozonada proqnozlaşdırılan iqtisadi artıma nail oluna bilməməsi fonunda ABŞ-Çin ticari münasibətləri avropalıların monetar qərarlarına təsirsiz ötüşmür. Bütövlükdə, Avropa Mərkəzi Bankının son qərarı göstərir ki, digər aparıcı rəqiblərin xüsusən də ABŞ Federal Ehtiyatlar Sisteminin proqnozlaşdırılmayan fors-major qərarları olmayacağı halda avronun kursunun yaxın zamanlarda səbət valyutalara nisbətən möhkəmlənməsi gözlənilirmir".

Ekspertin sözlərinə görə, manatın avroya çarpaz məzənnəsi müəyyənləşdirildiyi üçün milli valyutamızın dollara kursu Avropa puluna münasibətdə həlledici olacaq.

"Bu isə o deməkdir ki, avro dollara nisbətən dəyər qazanmayacağı halda bizim valyuta bazarında da möhkəmlənməyəcək", - deə V.Bayramov vurğulayıb.

Azvision.az


Teqlər: Bank   Avro   Manat   Dollar  





Xəbər lenti