Gədəbəy və Samuxda gübrələr güzəştli şərtlərlə satılacaq

Gədəbəy və Samuxda gübrələr güzəştli şərtlərlə satılacaq
  12 Sentyabr 2019    Oxunub:1800
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satış xidməti keçirilir.
Azvision.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, sentyabr ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin, xüsusən də, ammofos və nitroammofoska gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.

Növbəti satış xidməti sentyabr ayının 13-də Gədəbəyin Saratovka kəndində, 14-də isə Samux rayonunun Poylu kəndində həyata keçiriləcək.

Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə edə bilərlər.

Fermerlər səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq və qeydiyyata düşmək üçün 1652 Çağrı Mərkəzi və (+994 51) 255 93 83 əlaqə nömrəsinə müraciət edə bilərlər.

Azvision.az



Teqlər: KTN  





Xəbər lenti