Bir gündə 2 piyada qəzanın qurbanı olub

Bir gündə 2 piyada qəzanın qurbanı olub
  12 Sentyabr 2019    Oxunub:2248
Sentyabrın 11-də saat 18 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini A.İsmayılov idarə etdiyi “Fiat” markalı avtomobillə yolu keçən 55-60 yaşlı kişini vurub.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, həmin şəxs xəstəxanaya aparılarkən yolda ölüb.

Bundan başqa sentyabrın 11-də saat 8 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini E.Vəliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Pərvanə Şahbazovanı vurub. Qadın xəstəxanaya aparılarkən yolda ölüb. Hər iki faktla bağlı araşdırma aparılır.


Azvision.az



Teqlər: DİN   Qəza  





Xəbər lenti