Energetika naziri Barkindo və Novakla görüşüb

  11 Sentyabr 2019    Oxunub : 1183
Energetika naziri Barkindo və Novakla görüşüb
Əbu-Dabidə səfərdə olan Energetika naziri Pərviz Şahbazov OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkindo və Rusiyanın Energetika naziri Aleksandr Novakla görüşüb.
Energetika Nazirliyindən Azvision.az -a verilən məlumata görə, görüşlərdə dünya neft bazarının son vəziyyəti və inkişaf meylləri, neftin qiymətinə və neftə qlobal tələbatda artıma təsir edən faktorlar, OPEC+ ölkələri üzrə öhdəliklərin icra göstəriciləri və eləcə də bu format çərçivəsində Azərbaycanla əməkdaşlıq məsələləri müzakirə edilib.

Neft bazarında sabitliyin qərarlaşdığı vurğulanaraq bu prosesdə OPEC+ iştirakçılarının rolu yüksək qiymətləndirilib. OPEC+ əməkdaşlığı qiymət sabitliyinin davamlılığını təmin edə biləcək uğurlu və çevik tənzimləmə mexanizmi kimi qeyd olunub.

Azvision.az

Teqlər: Energetika