Xətaidə küçə ticarətçiləri ilə bağlı yeni şərait yaradılıb

  11 Sentyabr 2019    Oxunub : 836
Xətaidə küçə ticarətçiləri ilə bağlı yeni şərait yaradılıb
Paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsində küçə ticarətçiləri ilə bağlı yeni şərait yaradılıb.
Bakı Şəhər Baş Polis İdarəsindən Azvision.az -a verilən məlumata görə, əvvəllər pərakəndə şəkildə satışın olduğu ərazilərdə müasir formada mağazalar tikilib, ərazi səliqəyə salınıb.

Tədbirlər nəticəsində köşk və mağazaların tikilməsi, ərazidə pərakəndə şəkildə ticarətlə məşğul olanların fəaliyyətində dönüş yaranıb. Metronun “Həzi Aslanov” stansiyasının çıxışlarında açılan mağazalar gəliş-gedişin də asanlaşmasına səbəb olub.

Azvision.az

Teqlər: Polis   Küçə   Ticarət