Sürücülərə “Bilik günü” ilə bağlı ciddi xəbərdarlıq

  11 Sentyabr 2019    Oxunub : 775
 Sürücülərə “Bilik günü” ilə bağlı ciddi xəbərdarlıq
Sentyabrın 16-da dövlət yol polisi əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparacaq.
Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov Azvision.az -a bildirib ki, “Bilik günü” təhsil müəssisələrinin ətrafında ictimai təhlükəsizliyin təmin edilməsi ilə məqsədi ilə tədbirlər planı hazırlanıb və həmin gün DYP əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaqlar.



"Eyni zamanda hər bir təhsil müəssisələrinin qarşısına tələb olunduğu sayda əməkdaşımız cəlb olunacaq. Artıq təhsil müəssisələrinin ətrafına baxış keçirilib. Həmin yerlərdə tıxacların qarşısının alınması məqsədilə əməkdaşlarımız xidmət göstərəcək. Sürücülərdən xahiş edirik ki, həmin ərazilərdə nəqliyyat vasitələri üçün nəzərdə tutulan dayanma-durma qaydalarına riayət etsinlər. Həmçinin sürücülərin ictimai nəqliyyat vasitələrdən istifadə etmələrini tövsiyə edirik”.

Azvision.az

Teqlər: DYP   Sürücü