Bulvarda dənizə düşən şəxs xilas edilib

  10 Sentyabr 2019    Oxunub : 1008
Bulvarda dənizə düşən şəxs xilas edilib
Sumqayıtda bir nəfər bulvarda dənizə düşüb.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə, Sumqayıt şəhərində, Sumqayıt Dənizkənarı Bulvarı ərazisində, qeyri-çimərlik (nəzarətsiz) ərazidə 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.​

Azvision.az

Teqlər: FHN