KOBİA-dan sahibkarlara daha bir dəstək

KOBİA-dan sahibkarlara daha bir dəstək
  10 Sentyabr 2019    Oxunub:2019
Mikro və kiçik sahibkarlar öz əl işlərini 2-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları Sərgisində (“Gift & Promo 2019”) təqdim edəcəklər.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən Azvision.az -a verilən məlumata görə, 12-14 sentyabr tarixlərində “Bulvar Hotel Bakı”da keçiriləcək sərgidə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) tərəfdaşlığı ilə yaradılacaq xüsusi stenddə əsasən mikro və kiçik qadın sahibkarların əl işləri nümayiş olunacaq. Stenddə suvenirlər, ağac üzərində oymalar, xalçaçılıq və dekorativ-tətbiqi sənət nümunələri, bəzək əşyaları və aksesuarlar, oyuncaqlar və s. sərgilənəcəkdir.

Qeyd edək ki, KOBİA startapların, mikro, kiçik və orta sahibkarların müxtəlif sərgilərdə iştirakına, məhsul və xidmətlərini təqdim etməsinə mütəmadi dəstək göstərir. Bu cür tədbirlər KOB-ların satış imkanlarının genişləndirilməsi, yeni biznes əlaqələrinin qurulması, ümumilikdə sahibkarlığın inkişafı və təşviqi baxımından əlverişli platformanı təmin edir.

Caspian Event Organisers (CEO) MMC-nin təşkilatçılığı ilə keçiriləcək 2-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları Sərgisi KOBİA tərəfindən də dəstəklənir.

Azvision.az



Teqlər: KOBİA  





Xəbər lenti