“Om” təchizat-yedək gəmisi təmir olunub

  10 Sentyabr 2019    Oxunub : 845
“Om” təchizat-yedək gəmisi təmir olunub
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının balansında olan “Om” təchizat-yedək gəmisi əsaslı təmir edilib. Təmir işləri ASCO-nun “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılıb.
QSC-dən Azvision.az -a verilən məlumata görə, oroses ərzində gəminin baş və köməkçi mühərrikləri, nasosları, boru sistemləri, yaşayış otaqları, sanitar qovşaqları və yeməkxana əsaslı təmir olunub. Bundan başqa, istismar müddəti bitmiş iki ədəd "1LA4 280-4SA90-Z" tipli hava kompressoru müasir tipli “MAS GA 75” tipli hava kompressoru ilə əvəzlənib.

Tərsanə təmiri zamanı isə gəminin sualtı və suüstü hissələri təmizlənərək rənglənib, dib-yan armaturlarının, hərəkət-sükan, protektor qurğularının təmiri yerinə yetirilib.

Mexanizm və elektrik avadanlıqlarının təmiri başa çatdıqdan sonra “Om” dəniz sınağından uğurla keçib və Xəzər Dəniz Neft Donanmasına məxsus Liman-bazaya göndərilib.

“Om” gəmisi ASCO-nun digər təchizat-yedək gəmiləri kimi dənizdəki neft-qazçıxarma obyektlərinin təchizatında, bilavasitə ağır konstruksiyaların, qazma qurğuların yedəklənməsində, lövbərlərin daşınmasında iştirak edəcək.


Azvision.az

Teqlər: Gəmi