İtkin düşən Xaçmaz sakini Qubada tapılıb

İtkin düşən Xaçmaz sakini Qubada tapılıb
  09 Sentyabr 2019    Oxunub:1873
Xaçmaz rayon sakini, 25 yaşlı Cavid Səbzəliyev avqustun 8-də yaşadığı evdən velosiped sürmək adı ilə çıxaraq bir daha geri qayıtmayıb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, gəncin gecə saatlarında evə qayıtmadığını görən ailəsi onun tapılması üçün Xaçmaz Rayon Polis Şöbəsinə müraciət edib. Polis şöbəsi tərəfindən itkin düşən oğlanın yaxın rayonlara getməsi ehtimalı nəzərə alınaraq onun tez bir zamanda tapılması üçün ətraf rayonlarında yerləşən rayon polis şöbələrinə bu barədə məlumat verilib.

Gecə saatlarında Quba Rayon Polis Şöbəsinə C.Səbzəliyevin itməsi barədə daxil olan məlumatla əlaqədar dərhal polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində axtarışlar başlayıb.

Keçirilmiş axtarış tədbirləri nəticəsində polis əməkdaşları gecə saat 03:30 radələrində itkin düşmüş hesab olunan şəxsin rayonun Qırmızı qəsəbə ərazisində olduğunu müəyyən ediblər. Oğlanın ailəsi ilə əlaqə saxlanılaraq, RPŞ-yə dəvət olunublar və C.Səbzəliyev ailəsinə təhvil verilib.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti