Bakıda ikimərtəbəli evdə yanğın olub

Bakıda ikimərtəbəli evdə yanğın olub
  05 Sentyabr 2019    Oxunub:2055
Bakı şəhərininin Xəzər rayonunda yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 80 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  



Xəbər lenti