Prezident BP-nin Direktorlar Şurasının sədrini qəbul edib - Yenilənib

  05 Sentyabr 2019    Oxunub : 1453
 Prezident BP-nin Direktorlar Şurasının sədrini qəbul edib - Yenilənib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də BP-nin Direktorlar Şurasının sədri Helqe Lundun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azvision.az-ın məlumatına görə, görüşdə Azərbaycan ilə BP arasında uzun illər ərzində uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub, neft və qaz sənayesinin inkişafının Azərbaycan iqtisadiyyatının şaxələndirilməsindəki rolu vurğulanıb, Bakıda və regionlarda böyük infrastruktur layihələrinin reallaşdırıldığının önəmi qeyd edilib.

Sonuncu dəfə 2014-cü ildə Azərbaycana səfər etdiyini deyən BP-nin Direktorlar Şurasının sədri Helqe Lund ötən dövr ərzində Bakıda gedən böyük inkişaf proseslərinin şahidi olduğunu deyib. Sentyabrın 20-də “Əsrin müqaviləsi”nin 25 illiyinin qeyd ediləcəyini vurğulayan qonaq bu layihənin Azərbaycanın inkişafındakı rolunu xüsusi qeyd edib.

Söhbət zamanı Xəzərin Azərbaycan sektorunda əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Azvision.az



Teqlər: Prezident   BP