“Maaş artımı çox ciddi hədəflərdən xəbər verir” - Tahir Mirkişili

   “Maaş artımı çox ciddi hədəflərdən xəbər verir” -    Tahir Mirkişili
  05 Sentyabr 2019    Oxunub:3455
"Minimum əməkhaqqının artırılması cəmiyyətdə davamlı olaraq maddi rifah halının yaxşılaşmasına, əməyə verilən qiymətin artmasına, əmək məhsuldarlığının yüksəlməsinə, işçilərin ixtisaslarına olan tələbin artmasına səbəb olur"
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib. Onun sözlərinə görə, Azərbaycanda 2019-cu ildə minimum əməkhaqqının 130 manatdan 250 manata qədər, yəni təqribən 2 dəfə artması çox ciddi iqtisadi və sosial hədəflərdən xəbər verir.

"Minimum əməkhaqqının bu dərəcədə kəskin artımı üçün iqtisadi potensial olmalıdır ki, bu artımı maliyyəşdirmək mümkün olsun. Digər tərəfdən, tənzimləmə mexanizmləri təkmil olmalıdır ki, artım kəskin inflyasiyaya səbəb olmasın. Prezident İlham Əliyev tərəfindən aparılan islahalatlar nəticəsində iqtisadiyyatın şəffaflaşması bu artımı artan büdcə gəlirləri hesabına maliyyəşdirməklə etibarlı maliyyə mənbəyi ilə təmin etdi. Digər tərəfdən, inflyasiyanın 2.5% olması artımın real dəyərinin qorununb saxlanmasının göstəricisidir. 2019-cu ilin 6 ayının iqtisadi yekunları, əhalinin gəlirlərini 6.6% artması bu prosesin davamlı olacağını deməyə əsas verir. Eyni zamanda, minimum əməkhaqqının artması orta aylıq əməkhaqqının da artmasına təsir görtərir ki, bu proses artıq başlayıb. Düşünürəm ki, 2019-cu ilin yekun göstəriciləri əhalinin real gəlirlərinin daha çox artmasını göstərəcək", - deyə T.Mirkişili vurğulayıb.

Deputat, həmçinin qeyd edib ki, 2019-cu ilin 6 ayının iqtisadi göstəriciləri qeyri-neft sektorunda əhəmiyyətli kəmiyyət və keyfiyyət göstəricilərinin əldə edildiyini deməyə əsas verir: "Həcm cəhətdən qeyri-neft sektorunun ümumi artımının Ümumi Daxili Məhsulun artımını üstələməsi, qeyri-neft sənayesinin 15.7%, kənd təsərrüfatı istehsalının isə rekord 13% artması bu sahələrdə görülən işlərin mühüm nəticələridir. Qeyri-neft ixracımızın da 15% artması bu prosesin kompleks hal aldığı və həm də miqyas effektindən qaynaqlandığı anlamına gəlir.

Digər tərəfdən, vergi yığımında qeyri-neft sektorunu payının 70%-ə çatması bu sektorun iqtisadi faəliyyətdə aparıcı rol oynaması deməkdir. Gəlirlərin bölgüsünün əsas güzgüsü olan vergi yığma sistemində qeyri-neft sektorunun aparıcı rolu bu sektorun həm də sosial sahələrin inkişafında artıq həlledici rolundan xəbər verir. Digər tərəfdən, ölkə iqtisadiyyatına investisiyaların da əsas hissəsinin qeyri-neft sektoruna qoyulması, insan kapitalının inkişafı və bu kapitalın da əsasən qeyri-neft sektorunun inkişafına yönəldilməsi bu sahənin inkişafına davamlı və sürətli etməkdədir".

Azvision.az


Teqlər: TahirMirkişili   Deputat  





Xəbər lenti