Daha bir “ToxumArt” mağazası Zaqatalada açılıb

Daha bir “ToxumArt” mağazası Zaqatalada açılıb
  05 Sentyabr 2019    Oxunub:2414
“ToxumArt” əmtəə nişanı altında toxum daha bir mağaza açılıb.
Kənd Təsərrüfatı Nazirliyindən Azvision.az -a verilən məlumata görə, nazirliyin tabeliyində Dövlət Toxum Fondu daha bir toxum mağazasını fermerlərə təqdim edib. “ToxumArt” əmtəə nişanı altında fəaliyyət göstərən mazağa Zaqatalada açılıb.

“Dövlət - Özəl Tərəfdaşlıq” prinsipi əsasında fəaliyyətə əsaslanaraq toxumçu fermerlərin yetişdirdikləri toxumlar zavodda emal edildikdən sonra mağazada satışa çıxarılacaq.

Eyni zamanda, burada Azərbaycanda və xaricdə istehsal edilmiş toxumlar və aqrotexniki qulluq vasitələri də təklif edilir.

Bununla yanaşı, fermerlərə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanmış təlimatlar və aqrotexniki qulluğa dair məlumatlar da təqdim ediləcək.

Taxıl toxumundan başqa, Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun istehsal etdiyi tərəvəz toxumları da bu mağazada fermerlərə təqdim olunur.Taxıl toxumundan başqa, Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun istehsal etdiyi tərəvəz toxumları da bu mağazada fermerlərə təqdim olunur.

Azvision.az


Teqlər: KTn   MAğaza  





Xəbər lenti