Ağsuda yanğın, xəsarət alan var

Ağsuda yanğın, xəsarət alan var
  05 Sentyabr 2019    Oxunub:1686
Ağsu rayonunda ümumi sahəsi 64 m² olan birmərtəbəli 2 otaqlı evin dam örtüyü 5 m² sahədə və bitişik 56 m² olan taxtadan ibarət köməkçi tikilinin yanar konstruksiyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti