DYP-dən yağışlı hava ilə bağlı sürücülərə müraciət

DYP-dən yağışlı hava ilə bağlı sürücülərə müraciət
  05 Sentyabr 2019    Oxunub:2256
Baş Dövlət Yol Polisi İdarəsi yağışlı hava şəraiti ilə bağlı sürücülərə və piyadalara müraciət edib.

İdarədən Azvision.az-a bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların yağmurlu keçəcəyinə dair xəbərdarlıq edib. Sürücülər və piyadalar da bunu nəzərə almalıdır:
“Artıq respublikanın bir sıra bölgəsində yağmurlu hava müşahidə olunur. Bunu nəzərə alaraq DYP sürücülərin diqqətinə çatdırır ki, yağışlı havada sürət rejiminə ciddi əməl etsinlər. Çünki yay aylarından asfalt üzərində yığılıb qalan toz qatı yağış sularının təsiri altında yapışqan və sürüşkən təbəqəyə çevrilir ki, bu da sürətli hərəkət zamanı nəqliyyat vasitəsinin sürüşməsinə, tormoz məsafəsinin uzanmasına gətirib çıxarır. Yol polisi piyadaların da diqqətinə çatdırır ki, yağmurlu hava şəraitində yolun hərəkət hissəsinə qəflətən çıxmasınlar. Bu, ağır qəzalara səbəb ola bilər”.

Yol polisi bütün hərəkət iştirakçılarını qaydalara əməl etməyə çağırıb.

Azvision.az



Teqlər: DYP   Sürücü  





Xəbər lenti