Bakıda avtobus qəzası: Qadının ayağı kəsildi

Bakıda avtobus qəzası:    Qadının ayağı kəsildi
  04 Sentyabr 2019    Oxunub:5035
Bakının Xətai rayonu, "Nargilə" kafesinin yaxınlığında avtobusla minik avtomobili toqquşub.
Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, hadisə yerinə gələn Təcili Tibbi Yardım avtomobili müxtəlif dərəcəli bədən xəsarətləri olan iki qadına kömək edib.

Həkimin verdiyi məlimata görə, toqquşma nəticəsində qadınlardan birinin ayağı travmatik amputasiya olunub. Ağır vəziyyətdə olan yaralılar 3 saylı şəhər xəstəxanasına aparılıb.

Nazirlikdən qeyd olunub ki, qəza nəticəsində digər xəsarət alanlar barədə məlumat daxil olsa əlavə xəbər veriləcək.

Azvision.az



Teqlər: Qəza  



Xəbər lenti