Qəbələ sakinindən tüfəng götürülüb

  04 Sentyabr 2019    Oxunub : 614
Qəbələ sakinindən tüfəng götürülüb
Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, sentyabrın 3-də Oğuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Xaçmaz kəndi ərazisində Qəbələ rayonu Zərgərli kənd sakini Qafqaz Əhmədxanovdan müvafiq sənədləri olmayan “TOZ-28” markalı təklülə ov tüfəngi aşkar edilərək götürülüb.

Azvision.az

Teqlər: DİN