Komitəyə 18 minədək müraciət daxil olub

Komitəyə 18 minədək müraciət daxil olub
  03 Sentyabr 2019    Oxunub:1720
Bu ilin səkkiz ayında Əmlak Məsələləri Dövlət Komitəsinin “193” Çağrı mərkəzinə ümumilikdə 18 minə yaxın müraciət daxil olub.
Komitədən Azvision.az -a verilən məlumata görə, müraciətlər əsasən ərizə və məktubların icrası, daşınmaz əmlakların dövlət qeydiyyatına alınması, elektron xidmətlər, dövlət əmlaklarının özəlləşdirilməsi və digər məsələlərə aiddir. Yanvar-avqust ayları ərzində məlumat mərkəzinə daxil olmuş müraciətlərin 17 mindən çoxu sorğu tipli, qalanı isə araşdırma tələb edən məsələlər olub.

Hər bir sorğu bütün hallarda qanunvericiliyə uyğun olaraq cavablandırılıb, vətəndaşlara ətraflı izahatlar verilib. Araşdırma tələb edən müraciətlər isə qeydə alınıb və fəaliyyət sahəsi olan struktur bölməyə həll edilməsi üçün yönləndirilib. Çağrı mərkəzinə edilən müraciətlərdən 15 minə yaxını paytaxt Bakı şəhərində, 3 minə yaxını isə regionlarda yaşayan vətəndaşlar tərəfindən ünvanlanıb.

Çağrı mərkəzi bütün sorğuların cavablandırılmasını təşkil etmək, vətəndaşların bu istiqamətdə hər hansı bir çətinliyini dərhal aradan qaldırmaq məqsədilə canlı və səsli menyu rejimində olmaqla fasiləsiz fəaliyyət göstərir. Canlı rejimdə komitə mütəxəssisləri həftənin iş günləri saat 9:00-dan 18:00-dək vətəndaşların müraciətlərini gözləyir.

Azvision.az


Teqlər: Komitə  





Xəbər lenti