Evdən 61 yaşlı kişinin meyiti tapılıb

Evdən 61 yaşlı kişinin meyiti tapılıb
  03 Sentyabr 2019    Oxunub:1681
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
FHN-dən Azvision.az -a verilən xəbərə görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1958-ci il təvəllüdlü Əliyev Bəhram Eynulla oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.​

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: FHN  



Xəbər lenti