Paytaxtda 30 və 32 yaşlı iki qadın bıçaqlanıb

  03 Sentyabr 2019    Oxunub : 1559
 Paytaxtda 30 və 32 yaşlı iki qadın bıçaqlanıb
Bakıda bıçaqlanma hadisəsi baş verib.
Azvision.az xəbər verir ki, 30 yaşlı Ruhəngiz Mahmudova və 32 yaşiı Roza Mahmudova çoxsaylı bıçaq xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Səhiyyə Nazirlyinin məlumatına görə, həkimlər hər iki yaralıya bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar. Xəstələrə lazımı tibbi yardım göstərilib. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir. Həyatları üçün təhlükə yoxdur.

Azvision.az

Teqlər: Bıçaqlanma   Səhiyyə-Nazirliyi