Gənclərə Vikipedia təlimi keçilib

Gənclərə Vikipedia təlimi keçilib
  02 Sentyabr 2019    Oxunub:2352
Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Prodemos” İctimai Birliyinin təşkilatçılığı ilə 10-13 avqust tarixlərində Xaçmaz rayonunda “Wikicamp 2019 – Gənclərin Vikipediya bacarıqlarının inkişaf etdirilməsi” layihəsi keçirilib.


Müsahibə yolu ilə aparılan seçimlərdə 25 şəxs layihədə iştirak üçün seçilib. Tədbir çərçivəsində keçirilən təlimlərdə iştirakçılara Vikipediya platforması haqqında ümumi məlumat verilib, onlara bu açıq bazada redaktə etmək və məqalə yaratmaq, həmçinin digər lazımi bacarıqlar izah olunub.



Layihənin sonunda təlimləri müvəffəqiyyətlə bitirdiklərinə görə tədbir iştirakçılarına sertifikatlar təqdim olunub.









Teqlər:





Xəbər lenti