İsmayıllı rayonunun Basqal qəsəbəsində yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 300 m² olan kəlağayı sexinin içərisində dəzgahların ətrafına çəkilən şüşə pambıq üzlük 20 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.