Turistlər bank kartları ilə 725 milyon manat xərcləyib

Turistlər bank kartları ilə 725 milyon manat xərcləyib
  30 Avqust 2019    Oxunub:1572
“Azərkosmos” ASC tərəfindən bu ilin 7 ayı ərzində 25,5 milyon dollar dəyərində xidmət ixracı həyata keçirilib. Bu sahədə 82 faizdən çox artım müşahidə olunub.
Azvision.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib. Onun sözlərinə görə, cari ilin 7 ayı ərzində ölkəyə 1,8 milyon xarici qonaq gəlib və gələnlərin sayında 7,4 faiz artım qeydə alınıb.

“İyul ayında bu sahədə daha çox artım müşahidə olunub. Belə ki, ölkəyə gələn turistlər bank kartları vasitəsilə 135 milyon manatlıq əməliyyat ediblər. Bu, ötən ilin iyul ayı ilə müqayisədə 7 faizlik artım deməkdir. 2019-cu ilin 7 ayı ərzində isə turistlərin bank kartları vasitəsilə etdikləri əməliyyatlar 725 milyon manat təşkil edib. İlin sonuna kimi artımın olacağı proqnozlaşdırılır”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Turist   Kart   Əməliyyat   Mərkəz  





Xəbər lenti