Yevlaxda ağır qəza, sürücü həlak oldu

Yevlaxda ağır qəza, sürücü həlak oldu
  30 Avqust 2019    Oxunub:2187
Avqustun 29-da saat 1 radələrində Yevlax rayonunun Qaradeyin kəndi ərazisində Bakı şəhər sakini Qərib Orucov idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobili qarşıda gedən həmyerlisi S.Rəfiyevin idarə etdiyi “Mack” markalı yük avtomobilinin yarımqoşqusuna vurub.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, qəza nəticəsində Qərib Orucov hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Qəza  





Xəbər lenti