Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub
  29 Avqust 2019    Oxunub:1185
Paytaxtda üçmərtəbəli yaşayış binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, hadisə Yasamal rayonunda üçmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 22 kvadratmetr olan 2 otaqlı mənzildə qeydə alınıb. Nəticədə mənzilin 1 otağının tavanı və ev əşyaları 16 kvadratmetr sahədə yanıb, yüksək temperaturdan digər otağın lambirindən ibarət tavanı əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: FHN   Yanğın  



Xəbər lenti