Yevlaxda ağır yol qəzası - Sürücü öldü

   Yevlaxda ağır yol qəzası -    Sürücü öldü
  29 Avqust 2019    Oxunub:1543
Yevlax rayonunun Aşağı Qarxun kəndində “Chevrolet” markalı minik avtomobili və yük avtomobili toqquşub.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Aran Regional Mərkəzinin xilasetmə qüvvələri deformasiyaya uğrayan minik avtomobilində sıxılı vəziyyətdə qalan sürücünün meyitini (şəxsiyyəti dəqiqləşdirilir) nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az




Teqlər: FHN   Qəza  





Xəbər lenti