Qırmızı şərabın bilmədiyiniz faydaları

Qırmızı şərabın bilmədiyiniz faydaları
  29 Avqust 2019    Oxunub:8700
Orta həddə qırmızı şərabın qəbulu qanda xolesterolu azaldır, normal çəki və sağlam bağırsaq mikroflorasını saxlamağa kömək edir.
Azvision.az “The Times” qəzetinə istinadən xəbər verir ki, bunu “King's College London” mütəxəssisləri tərəfindən aparılan təcrübə göstərib. Təcrübədə Böyük Britaniya, Hollandiya və ABŞ sakinləri olan üç min insan iştirak edib.

Tədqiqatın nəticələri göstərib ki, digər spirtli içkilər yerinə qırmızı şərab seçən insanlarda piylənmə ehtimalı minimuma enib, qanda xolesterolun miqdarı azalıb və bağırsaqlarında müxtəlif faydalı bakteriyaların sayı çoxalıb.

Mütəxəssislər buna səbəb kimi, qırmızı şərabın tərkibində polifenolun çox olmasını göstərirlər.

İlkin Nəcəfzadə
Azvision.az




Teqlər: Şərab  





Xəbər lenti