ABŞ-ın neft ehtiyatlarının azalması “Brent”i bahalaşdırdı

   ABŞ-ın neft ehtiyatlarının azalması “Brent”i bahalaşdırdı
  29 Avqust 2019    Oxunub:1927
Amerika Birləşmiş Ştatların ticari neft ehtiyatları geriləyib. Azvision.az xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.
Bildirilir ki, son bir həftə ərzində ABŞ-ın ticari neft ehtiyatları 10,03 milyon barel azalaraq 427,75 milyon barel təşkil edib.

Bazar proqnozları ehtiyatların 2,85 milyon barrel azalacağı istiqamətində idi.

Bu fonda Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 2,14 faiz bahalaşaraq 60, 32 dollar olub.

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: Neft   ABŞ  





Xəbər lenti