48 yaşlı kişi 80 kq-dan çox narkotiklə “ilişdi”

  28 Avqust 2019    Oxunub : 726
48 yaşlı kişi 80 kq-dan çox narkotiklə “ilişdi”
Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və onların kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini 48 yaşlı Sahil Abdullayev saxlanılıb.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, davam etdirilən tədbirlərlə onun yaşadığı evə və həyətyanı sahəsinə də baxış keçirilib.

Oradan ümumi çəkisi 80 kq-dan artıq olan, xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 24 ədəd çətənə bitkisi və 1 kq 50 qr narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: Şəki   Narkotik