Mingəçevirdə yanğın, 4 nəfər təxliyə olunub

Mingəçevirdə yanğın, 4 nəfər təxliyə olunub
  28 Avqust 2019    Oxunub:1569
Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasında yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, binanın dördüncü mərtəbəsində ümumi sahəsi 48 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb. Yanğın zamanı 4 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın   Mingəçevir  



Xəbər lenti