Oğru ev sahibini döyüb 1800 manatını apardı

Oğru ev sahibini döyüb 1800 manatını apardı
  26 Avqust 2019    Oxunub:1267
Avqustun 24-də Mərdəkan qəsəbəsində yaşayan V.Allahverdiyevanın həyətinə gəlmiş naməlum şəxsin ona yumruqla xəsarət yetirməsi, evə girərək oradan 1800 manat pul aparması barədə Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Mərdəkan qəsəbə sakini, əvvəllər məhkum olunmuş C.Rizvanov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Oğurluq  





Xəbər lenti