Cüdoçularımız dünya çempionatında iştirak edir
Qadınlar arasında 48 kiloqram çəki dərəcəsində Aişə Qurbanlı ilk görüşündə ukraynalı idmançı Marina Çernyakı mübarizədən kənarlaşdırıb. Cüdoçumuz ikinci qarşılaşmada serbiyalı Milica Nikolicə məğlub olub.
Həmin çəkidə digər qadın cüdoçumuz Leyla Əliyeva ilk mərhələdə portuqaliyalı Katerina Kosta ilə qarşılaşma zamanı 3 xəbərdarlıqla tatamini tərk edib.
Qeyd edək ki, dünya çempionatına Azərbaycan komandası 15 cüdoçu ilə qatılıb. Proqrama əsasən, avqustun 25-dən 31-dək fərdi yarışlar, sentyabrın 1-də isə qarışıq komanda yarışları keçiriləcək.
Azvision.az
Teqlər: Cüdo Dünya-Çempionatı