Zeynəbə daha bir dəstək - 2 illik təhsil haqqı da ödənildi

    Zeynəbə daha bir dəstək    - 2 illik təhsil haqqı da ödənildi
  25 Avqust 2019    Oxunub:9380
Azərbaycan Dillər Universitetinin “Jurnalistika” fakültəsinə ödənişli əsaslarla qəbul olan Zeynəb Əlizadənin dörd illik təhsil haqqı ödənilib. Bununla da, Astaradan olan tələbənin təhsil haqqı problemi tamamilə həll olunub.
Azvision.az -ın məlumatına görə, Zeynəbin yerdə qalan iki illik təhsil haqqını Yeni Azərbaycan Partiyasının (YAP) Nizami rayon təşkilatının sədr müavini Ramin Əhmədov öz üzərinə götürüb. O, gələcəkdə gənc qızın işlə təmin olunmasına da kömək edəcəyini bildirib.

Qeyd edək ki, Zeynəb Əlizadə Azərbaycan Dillər Universitetinin “Jurnalistika” fakültəsinə ödənişli əsaslarla qəbul olub. O, ailəsinin maddi durumu yaxşı olmadığı üçün illik təhsil haqqını ödəyə bilmirdi.

Gənc qızın üzləşdiyi problemlə bağlı Azvision.az saytında dərc olunan yazı geniş rezonans doğurdu və mərhəmətli oxucularımız jurnalist olmaq arzusu ilə yaşayan Zeynəbə maddi yardım göstərdilər. Nəticədə ötən gün onun iki illik təhsil haqqı ödənildi.

Bundan əlavə, digər bir oxucumuzun təşəbbüsü ilə onun adına bank hesabı açıldı və IV kursu bitirənə qədər hər ay hesaba 100 manat vəsait köçürüləcək. Həmçinin Zeynəbin yataqxanada qalması üçün ADU tərəfindən şərait yaradılıb və o, 4 il ərzində pulsuz yeməklə təmin olunacaq.

Zeynəb və nənəsi ilə videomüsahibəni BURADAN izləyə bilərsiniz!

Azvision.az


Teqlər: Zeynəb   ADU  





Xəbər lenti