Bir işçi 6 ayda 146,4 saat çalışır

Bir işçi 6 ayda 146,4 saat çalışır
  24 Avqust 2019    Oxunub:2191
İyulun 1-nə ölkədə 2677 əcnəbi və vətəndaşlığı olmayan şəxsə əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazə verilib və ya iş müddəti uzadılıb.
Azvision.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, onlardan 28,3 faizi tikintidə, 25,4 faizi mədənçıxarma sənayesində, 10,7 faizi emal sənayesində, 8,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,1 faizi təhsil, 4,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri və 17,3 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olub.

Yanvar-iyun aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 146,4 saat təşkil edib.

Azvision.az



Teqlər: Statistika  





Xəbər lenti