Ali Hərbi Məktəbin gənc kursantları - VİDEO

Ali Hərbi Məktəbin gənc kursantları -   VİDEO
  24 Avqust 2019    Oxunub:2404
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə gənc kursantların qəbulu münasibətilə tədbir keçirilib.
Azvision.az xəbər verir ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni ifa olunub.



Tədbirdə çıxış edənlər gənc kursantlara Vətənə, dövlətə və Ali Baş Komandana, hərbi anda sadiq olmalarını, nümunəvi, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmalarını, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini, işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşə hər an hazır olmalarını tövsiyə ediblər.

Çıxışlardan sonra Bakı şəhər Mədəniyyət Baş İdarəsinin incəsənət nümayəndələrinin rəngarəng konsert proqramı maraqla izlənilib.

Azvision.az



Teqlər: Hərbi   Məktəb   Kursant  





Xəbər lenti