DGK-da mütəxəssislər üçün növbəti imtahan keçirilib

DGK-da mütəxəssislər üçün növbəti imtahan keçirilib
  24 Avqust 2019    Oxunub:1466
Dövlət Gömrük Komitəsində gömrük təmsilçiliyi fəaliyyətilə məşğul olan şirkətlərin gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisləri üçün növbəti imtahan keçirilib.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azvision.az -a bildirilib ki, imtahan prosesində Komitənin sədr müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, imtahan komissiyasının üzvü olan Baş İdarə rəisləri və aidiyyəti qurumların nümayəndələri iştirak edib.

C.Qasımov bildirib ki, məqsəd gömrük təmsilçiliyi institutunun formalaşdırılması və təkmilləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şəxslərin bilik və bacarıqlarının artırılması, fəaliyyətin mövcud qanunvericiliyə və beynəlxalq standartlara uyğunlaşdırılmasıdır. Daha sonra 4-cü imtahana start verilib. İmtahanda 99 nəfər iştirak edib.

Ümumilikdə, ixtisas attestatlarının alınması üçün 500-ə qədər şəxs müraciət edib və bu məqsədlə hələlik 4 imtahan keçirilib. İndiyə qədər 96 nəfər imtahanlarda uğurlu nəticə əldə edib.

Azvision.az



Teqlər: DGK   İmtahan  





Xəbər lenti