Oğurluq etdi, başqa cinayətləri üzə çıxdı

Oğurluq etdi, başqa cinayətləri üzə çıxdı
  24 Avqust 2019    Oxunub:1983
Oğurluq etdiyinə görə saxlanılmış şəxsin digər cinayət əməlləri törətdiyi aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş M.Rüstəmovun ətrafında Sumqayıt ŞPİ 2-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun avqustun 1-də şəhər ərazisindəki evlərin birindən 100 manat pul, habelə həmyerlisi F.Kərimovla birgə daha 2 evdən pul və qızıl əşyalar oğurlaması da müəyyən edilib.

Görülmüş tədbirlərlə F.Kərimov saxlanılıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti