Nazir müavini Naftalanda qəbul keçirib

Nazir müavini Naftalanda qəbul keçirib
  24 Avqust 2019    Oxunub:1566
Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov Naftalan şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində vətəndaşları qəbul edib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, qəbulda Goranboy, Göygöl, Samux, Daşkəsən, Kəlbəcər rayonları, habelə Gəncə və Naftalan şəhərlərindən olan sakinlər iştirak ediblər. Qəbula gələn vətəndaşlar, əsasən, vergi qanunvericiliyi və inzibatçılığının tətbiqi, vergilərin hesablanması və ödənilməsi, vergi nəzarəti tədbirlərinin nəticələri, uçot, vergi orqanlarında işlə təminat və digər məsələlərlə bağlı müraciət ediblər.

Vətəndaşların müraciətləri dinlənilib, bəziləri yerindəcə həll olunub, digər məsələlər barədə nazirliyin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.

Azvision.az


Teqlər: Vergi   Qəbul  





Xəbər lenti