Maşınla vurulan piyada xəstəxanada ölüb

Maşınla vurulan piyada xəstəxanada ölüb
  24 Avqust 2019    Oxunub:1703
Avqustun 23-də saat 12 radələrində Şamaxı rayonunun Mirikənd kəndi ərazisində Bakı şəhər sakini C.Süleymanov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Qaravəlli kənd sakini Rahib İsmayılovu vurub.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti