Azərbaycanın hərbi orkestri beynəlxalq festivalda - FOTOLAR

Azərbaycanın hərbi orkestri beynəlxalq festivalda -  FOTOLAR
  24 Avqust 2019    Oxunub:2174
Avqustun 23-də Moskvada XII beynəlxalq hərbi-musiqi festivalına start verilib.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Azərbaycanın ilk dəfə iştirak etdiyi festivalda ölkəmizi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin hərbi orkestri, habelə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblı təmsil edirlər.



Dünyanın ən böyük hərbi musiqi festivalından sayılan “Spasskaya başnya”nın şərtlərinə uyğun olaraq hər komandaya çıxış üçün altı dəqiqə vaxt veriləcək. Bu müddət ərzində orkestrlər təmsil etdikləri ölkənin və digər dünya xalqlarının mahnı və marşlarını ifa edəcəklər.



On iki dövlətdən mindən artıq musiqiçi, vokalist və rəqqasın iştirak etdiyi festival sentyabrın 1-dək davam edəcək.











Azvision.az


Teqlər: MN   Orkestr  





Xəbər lenti