Bakıda kimsəsizlər məzarlığı: Bu il 148 nəfər dəfn edilib

  Bakıda kimsəsizlər məzarlığı:    Bu il 148 nəfər dəfn edilib
  24 Avqust 2019    Oxunub:7999
Cari ilin 7 ayı ərzində 148 nəfər kimsəsiz dəfn olunub.

Bu barədə Azvision.az -a Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov məlumat verib. Onun sözlərinə görə, 2018-ci ildə 365 kimsəsiz dünyasını dəyişib.
"Ötən il bir nəfər öz yaxınını tapmaq üçün bizə müraciət etmişdi. Həmin şəxs yiyəsiz kimi dəfn edilmişdi. Sonradan yaxınları onun nəşini apardı".

S.Həsənov qeyd edib ki, kimsəsizlərin dəfn edilməsi üçün Hövsan qəbiristanlığında xüsusi yer ayrılıb.

“Kimsəsiz şəxslər bir neçə gün morqda saxlanılır. Ailə üzvləri, yaxınları tapılmadıqda həmin məzarlıqda dəfn edirlər. Bəzən dəfndən sonra ölən şəxsin yaxını olduğunu deyənlər gəlir. Bunun üçün ilk növbədə qohumluq əlaqələrini sübut edən sənəd tələb olunur. Daha sonra biz onları sanitar, epidemioloji stansiyaya yönləndiririk. Əgər ölən şəxs xəstə olubsa, onun məzarının açılmasına icazə verilmir. Rəsmi icazə aldıqdan sonra meyiti istədikəri yerdə dəfn edə bilərlər”.

S.Həsənov qeyd edib ki, bu proses azı bir il çəkir: “Qayda belədir. Qumsal torpaqlardan bir il, nəm torpaqlardan 3 il meyiti çıxarmağa icazə verilmir. İl ərzində belə müraciət çox az olur. Təxminən 1-2 nəfər”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Meyit   Məzarlıq  





Xəbər lenti