Şəki və Xızı dağlarında yanğın söndürülüb

Şəki və Xızı dağlarında yanğın söndürülüb
  24 Avqust 2019    Oxunub:2948
Şəki rayonunun Təpəcənnət kəndində dağlıq ərazidə 200 ha sahədə kol-kos və quru ot yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, yaxınlıqdakı meşə massivi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa, Xızı rayonunun Fındığan kəndində dağlıq ərazidə 60 ha quru ot və kol-kos yanıb. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Şəki   Yanğın  





Xəbər lenti