Azərbaycanın su ehtiyatları araşdırılır

  23 Avqust 2019    Oxunub : 716
Azərbaycanın su ehtiyatları araşdırılır
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Azərbaycanın su ehtiyatları ilə bağlı tədqiqatlar davam etdirilir.
İnstitutdan Azvision.az -a bildirilib ki, ilkin mərhələdə Azərbaycanın dağ çaylarının sülb axımının tədqiqi və hesablama metodikası işlənilib. Sonrakı mərhələdə Lənkəran və orta Araz təbii vilayətlərinin su ehtiyatları və onlardan səmərəli istifadə qiymətləndirilib. Hazırda Azərbaycanın arid və semiarid ərazilərinin səhralaşmasında iqlim amili tədqiq olunur.

Azvision.az

Teqlər: AMEA   Su