Çinin 3 şəhərində Azərbaycan turizmi təbliğ olunacaq

Çinin 3 şəhərində Azərbaycan turizmi təbliğ olunacaq
  23 Avqust 2019    Oxunub:1591
Azərbaycan Turizm Bürosu sentyabrın 16-dan 22-dək Çin Xalq Respublikasının Pekin, Şanxay və Quançjou şəhərlərində silsilə təqdimatlar keçirəcək.
Dövlət Turizm Agentliyindən Azvision.az -a verilən məlumata görə, "Azerbaijan-China Roadshow on Travel Trade" adlı tədbirdə Azərbaycandan 12, Çindən 100-ə yaxın turizm şirkəti iştirak edəcək.

Turizmin müxtəlif istiqamətləri üzrə ixtisaslaşmış təşkilatlar arasında B2B (Biznesdən-biznesə) formatlı görüşlər baş tutacaq.

İkitərəfli görüşlər zamanı mümkün əməkdaşlıq imkanları qiymətləndiriləcək və gələcək tərəfdaşlıq üçün qarşılıqlı fikir mübadiləsi aparılacaq.

Azvision.az


Teqlər: Turizm  





Xəbər lenti