Oğurluq edən iki nəfər saxlanılıb

  23 Avqust 2019    Oxunub : 637
Oğurluq edən iki nəfər saxlanılıb
Göyçayda evdən külli miqdarda pul oğurlanıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Göyçay RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 8-də Mırtı kəndindəki evlərin birindən 14 500 manat pul oğurlamaqda şübhəli bilinən kənd sakini E.Abseyidov saxlanılıb.

Bundan başqa, Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 4-də rayon ərazisindəki evlərin birindən 7100 manat və 220 avro pul, habelə qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Qızılağac kənd sakini M.Səlimov saxlanılıb.

Azvision.az

Teqlər: DİN   Oğurluq